“Niva”nın qabağı qalxsın deyə baqaja “kubik” yığan sürücü biabır oldu - VİDEO

Avtosfer TV 5 İyun 2018 11:10 Oxunub 6604
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü daşları yerə boşaldandan sonra konstruksiya dəyişikliyi etmədiyi üzə çıxıb

Bakıda yol polisi əməkdaşları “Niva” markalı avtomobilin ön hissəsinin qalxması, arxa hissənin isə aşağı enməsi üçün qeyri-adı üsula əl atan sürücünü saxlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb. Yol polisləri “Niva”ya konstruksiya dəyişikliyi edildiyini zənn etsələr də, məlum olub ki, sürücü maşının baqajına “kubik” yığıbmış. Yol polisinin tələbi ilə sürücü daşları yerə boşaldandan sonra konstruksiya dəyişikliyi etmədiyi üzə çıxıb. Sürücünün daşları yenidən maşına yığmasını isə elə öz dostu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh