Sumqayıtda yolun bağlanması sakinlərə təhlükəli vəziyyət yaradıb

Xəbərlər 4 İyun 2018 02:13 Oxunub 1584
Sumqayıtda yolun bağlanması sakinlərə təhlükəli vəziyyət yaradıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu hal həm sürücülərə qəza şəraiti yaradır, həm də sakinlər üçün təhlükə törədir

Sumqayıtda piyada yolunun bağlanması sakinlər üçün təhlükəli vəziyyət yaradıb. "Report"un məlumatına görə, şəhərin 6-cı mikrorayon ərazisində, Cəlil Məmmədquluzadə küçəsində avtomobillərin gediş-gəlişi məqsədilə nəzərdə tutulan yol sakinlər üçün təhlükəyə çevrilib. Ərazidə tikinti işlərinin aparılması və sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş səki üzərində bəzi işbazlar tərəfindən meyvə-tərəvəz mağazasının fəaliyyətə başlaması bir sıra çətinlikləri ortaya çıxarıb. Sakinlər istər gündüz, istərsə də axşam saatlarında nəqliyyat vasitələrinin hərəkət etdiyi küçənin mərkəzi ilə gedib-gəlmək məcburiyyətində qalırlar. Bu da həm sürücülərə qəza şəraiti yaradır, həm də sakinlər üçün təhlükə törədir.

Sakinlər bildiriblər ki, problemdən aidiyyatı qurumlar da xəbərdardır. Lakin tədbir görülmür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh