Texniki baxışdan 20 manata keçən sürücü: Görün necə keçib? - VIDEO

Yazarlar 5 İyun 2018 00:10 Oxunub 9824
Texniki baxışdan 20 manata keçən sürücü: Görün necə keçib? - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtosfer.az teхniki müаyinə mərkəzində çəkiliş aparıb

Avtomobillərin texniki baxışdan keçirilməsi vacibdir. Artıq MBD istehsalı olan avtomobillərin texniki baxış müddəti bitib. Hazırda istehsal ili 2007-ci ilədək (2007-ci il daxil olmaqla), 2009-cu, 2011-ci və 2013-cü illər olan bütün növ mexaniki nəqliyyat vasitələri texniki baxışdan keçməlidir. Avtosfer.az Bаş DYP İdаrəsinin Bakı şəhəri Sаbunçu rаyonu, Maştağa qəsəbəsində yerləşən müаsir аvdаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş teхniki müаyinə mərkəzində çəkiliş aparıb. Avtomobillərin texniki baxışdan keçmə prosesini işıqlandırıb. 

Qeyd edək ki, texniki baxış üçün ödəniş məbləği 20 manatdır. 

Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya avtomobil sahiblərindən baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər. Həmçinin nəqliyyat vasitələrinin texniki baxışa saz vəziyətdə təqdim olunması vacibdir.

Tərtib olunmuş inzibati protokol əsasında qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edilə, habelə e-xidmet.mia.gov.az internet portalında qeydiyyatdan keçməklə qərarlı və qərarsız protokollar üzrə plastik kart vasitəsilə ödəniş aparıla bilər.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (texniki baxışdan keçmə müddəti talonunun üzərində iri rəqəmlərlə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslərin 50 manat miqdarında, vəzifəli şəxslərin 100 manat miqdarında, hüquqi şəxslərin isə 300 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.

 

Elməddin Muradlı

Orxan Əli

Avtosfer.az

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh