Azərbaycanda ən pis satılan avtomobillər - SİYAHI

Avtobazar 4 İyun 2018 11:49 Oxunub 3864
Azərbaycanda ən pis satılan avtomobillər - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Honda”, “Mazda”, “Subaru” alan yoxdur

Azərbaycanda satılan avtomobillərin sayı və çeşidi böyük olsa da, bazarda həm müsbət, həm də mənfi imic qazanan maşınlar da var. Özü də bu imic avtomobilin təkcə keyfiyyəti ilə deyil, onun likvidliyi – yəni tez satılmaq imkanı ilə bağlıdır. Tez satılan avtomobillər sahibi üçün əlverişli olduğu kimi, çətin satılan maşınlar da əlavə yükdür. Ona görə .ə avtomobil almaq istəyənlər maşınların texniki xüsusiyyətləri və qiyməti ilə yanaşı, likvidliyinə də nəzər salmalıdırlar. Müşahidələr göstərir ki, pis satılan avtomobillərin satış problemi elə ilk dəfə satılanda göstərir.

FED.az olaraq məşhur avtomobil markalarının Bakıda fəaliyyət göstərən mərkəzlərindən və avto salonlardan ən zəif satılan marka və modelləri öyrəndik.

Eləcə də bax: 30 manatdan 23 min manata qədər – BAKIDA «RENT A CAR» QİYMƏTLƏRİ

3 ayda bir dənə satılır

“KIA” Bakı mərkəzindən bildirdilər ki, bu markanın ən zəif satılan modeli “Cadenza”dır. Satış menecerinin sözlərinə görə, bu model əsasən 3 ayda bir dənə satılır. Zəif satışa səbəb isə qiymətinin baha olmasıdır. Modelin qiyməti 73 min 700 manatdır.

"Təzə gəlib deyə az satılır"

“Toyota” Bakı mərkəzindən isə bildirdilər ki, bu markanın ən zəif satılan modeli “Yaris” olub. Bu model rəqabətə dözmədiyi üçün və qiyməti baha olduğuna görə daha sifariş etmirik. Hazırda ən zəif satılan isə “CHR” modelidir. Bunun zəif satışının yeganə səbəbi isə satışa hələ yeni çıxarılmasıdır. Bu model 2 mühərrik, 150 at gücünə malikdir. Qiyməti 24 min 300 dollardan başlayır(41 min 310 manat), 28 min dollara qədər dəyişir.

Mühərriki həcmi kiçik olduğu üçün...

“BMW” Bakı mərkəzinin məlumatına görə isə ən zəif satılan model 1-ci və 2-ci seriyaya aid olan modellərdir. Zəif satışa səbəb isə mühərrik həcmi ilə qiymətinin düz mütənasib olmamasıdır. Bu modellərin qiyməti 25-50 min avro(52 min 330 manat-104 min 640 manat) arasında dəyişir.

Qiyməti baha olduğu üçün az satılır

“Hyundai” Bakı mərkəzindən bildirdilər ki, ən az satılan modelləri “SantaFe”dir. Səbəblərdən biri, alıcıların bu modelin 2018-ci il versiyasını gözləməsi, digər səbəb  isə qiymətinin baha olmasıdır. Qeyd edək ki, bu modelin qiyməti 61 min manatdır.

İdman avtomobilidir deyə...

“Porsche” Bakı mərkəzindən bildirdilər ki, burada ən zəif satılan “911” modelidir. Zəif satışa səbəb isə bu modelin idman stilində olmasıdır. Maraqlıdır ki, bu avtomobil mərkəzində heç bir modelin qiyməti telefon vasitəsilə deyilmir. Sözügedən modelin bazar qiymətini maraqlandıq və öyrəndik ki, bi modelin ikinci əl satış qiyməti 43 min-78 min dollar arasında dəyişir(73 min 100 manat-132 min 600 manat).

“Honda”, “Mazda”, “Subaru” alan yoxdur

Mövzunu avto-salonlarda davam etdirdik. “Okean” avto-salondan bildirdilər ki, burada ən zəif satılan avtomobil markaları “Honda”, “Mazda”, “Subaru” və “Ford”dur. Salonun satış menecerinin sözlərinə görə, bu markaların həm özü, həm də ehtiyyat hisslərinin qiymətləri həddən artıq baha olduğu üçün alıcılar bu markalara “yaxın durmurlar”:

“Bəzən bu markaları satmağımız üçün distribyutorlardan bizə müraciət edirlər, amma biz bu markaları istəmirik, çünki satılmır. Bir vaxtlar bu markaların reytinqləri yaxşı idi, indi zəifləyiblər.”

“Mercedes S600” niyə az satılır?

“Mir Avtosalon”dan bildirdilər ki, burada ən zəif satılan “Mercedes S600” modelidir. Satış menecerinin sözlərinə görə, bu modelin mühərrik həcmi 6 litr, qiyməti isə çox bahadır. Müştərilər də bu səbəblərə görə bu modelə üstünlük vermirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh