Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır – "BMW" 5200 manat – SİYAHI

Avtoxəbər 4 İyun 2018 15:43 Oxunub 3628
Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır – "BMW" 5200 manat – SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Siyahıda 9 avtomobil yer alıb

Azərbaycanda dövlət maşınları satışa çıxarılıb. Avtosfer.az xəbər verir ki, 20 iyun tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. Siyahıda 9 avtomobil yer alıb.

1-ci sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

2-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisi İşlər İdarəsinin nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

http://avtosfer.az/upload/news/489f73.png

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh