“Məşqə gecikən” daha bir  “Niva” sürücüsü: 10-PR-200 - VIDEO

Avtosfer TV 9 İyun 2018 10:00 Oxunub 2559
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yəqin, bahalı nömrəsi olduğu üçün özünü hamıdan “imtiyazlı” bilir

Tıxac vaxtı qarşı yola çıxaraq “tələsən”, “məşqə gecikən” və s. “vacib” işləri olan sürücülər özlərinə “xüsusi imtiyaz” tanıyaraq protiv getməyi, qəza şəraiti yaratmağı üstün tuturlar. Dəfələrlə bu sürücülər barədə məlumatlar, videolar paylaşmışıq.

Amma görünür ki, nə cəza tədbiləri, nə də ictimai qınaq bu sürücülərə təsir etmir.

Avtosfer.az-ın daimi oxucularından biri yeni video göndərib. Belə ki, 03.06.2018 tarixində, Masazır-Novxanı yolunda, 10-PR-200 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücüsü dəfələrlə qarşı yola çıxır, qəza şəraiti yaradır. Görünür ki, bahalı nömrəsi olduğu üçün özünü hamıdan “imtiyazlı” bilən sürücü yenə “məşqə gecikir.”

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh