Yol polisi Şəkidə məktəblilərlə görüşdü – FOTOLAR

Yol polisi 5 İyun 2018 18:02 Oxunub 1321
Yol polisi Şəkidə məktəblilərlə görüşdü – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdləri maraqlandıran suallar cavablandırılıb

Şəkidə 10 nömrəli orta məktəbdə Baş Dövlət Yol Polisi İdarəsinin və Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə təlimatlandırıcı görüş keçirilib, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə , görüşdə məktəblilərə piyadanın vəzifələri, yol nişanları, eləcə də nizam-intizam qaydaları  barədə geniş məlumat verilib. Avtosfer.az-a DİN-dən verilən məlumata görə, tədbirdə çıxış edən  BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev belə tədbirlərin keçirilməsində əsas məqsədin uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının  alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin  yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasından ibarət olduğunu bildirib. Eləcə də, yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyətini vurğulayıb.

Görüşdə çıxış edən digər DYP əməkdaşları təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, nişanlama xəttlərinn çəkilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. 

Sonda şagirdlərə yol nişanları barədə məlumatı özündə əks etdirən kitabçalar paylanılıb  və onları maraqlandıran suallar cavablandırılıb. 

 

Mahir Məsimov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh