Sürücülük vəsiqəsinin qiyməti qalxır - Qanun dəyişir

Avtoxəbər 6 İyun 2018 11:18 Oxunub 7579
Sürücülük vəsiqəsinin qiyməti qalxır - Qanun dəyişir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanun dəyişəndən sonra vəsiqələrin qiyməti 7 manat baha olacaq

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılır. Avtosfer.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində öz əksində tapıb. Layihəyə əsasən, avtonəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 25 manatadək artırılır. Bundan başqa, avtomobilin qeydiyyat şəhadətnaməsinin (texniki pasportun) rüsumu da 17 manatdan 25 manata qaldırılır. Eyni zamanda, dövlət nömrə nişanlarının rüsumu da artırılacaq. Belə ki, hazırda 22 manata satılan adı nömrələr qanun dəyişdikdən sonra 35 manata satılacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna görə avtonəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdır. Texniki pasportun rüsumu isə 17 manat təşkil edir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh