Bu tumbalar qəza zamanı maşının səkiyə çıxmasına əngəl olacaq - FOTO

Avtosfer Foto 6 İyun 2018 14:54 Oxunub 2703
Bu tumbalar qəza zamanı maşının səkiyə çıxmasına əngəl olacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA Bakıda 10 min ədəd qoruyucu tumbaların quraşdırılmasını planlaşdırır

Bakı şəhərinin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən qoruyucu tumbaların quraşdırılmasına başlanılıb. Birinci mərhələdə 10 min ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaq. Tikinti-quraşdırma işlərinə 1 iyun 2018-ci il tarixində başlanılmışdır və nümunə üçün Bülbül prospektində 50 ədəd tumba quraşdırılıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh