Polis idmançılarımız Vətənə mükafatla qayıtdılar - FOTO

Yol polisi 6 İyun 2018 16:07 Oxunub 1429
Polis idmançılarımız Vətənə mükafatla qayıtdılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar inamla güləşərək yarışın fovoritləri sırasında olublar

İyunun 1-dən 3-dək Polşanın Qlivitse şəhərində ciu-citsu üzrə Avropa çempionatı keçirilib.Qitənin 22 ölkəsindən 600-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub. Ölkəmizin yığma komandasının tərkibində DİN İdman Cəmiyyətinin təmsilçiləri də inamla güləşərək yarışın fovoritləri sırasında olublar.

DİN İdman Cəmiyyətinin inspektoru, polis baş leytenantı Elşən İbişov yarışın əvvəlindən uğurlu start götürərək çəkisi 85 kiloqramadək olan idmançıların mübarizəsində ard-arda Rumıniya, Fransa və Almaniya idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Baş mükafatın taleyi uğrunda  Polşa idmançısı ilə keçirilən həlledici qarşılaşmada təmsilçimiz gümüş medala sahib olub.

Qeyd edək ki, polis baş leytenantı, idman ustası Elşən İbişov idmanın cui-citsu növü ilə yanaşı cüdo və sambo ilə də məşğul olur. Sambo üzrə Avropa çempionatının bürünc medalçısı E.İbişov əlbəyaxa döyüş üzrə dünya çempionatında da həmin nəticəni göstərib, cüdo üzrə Dünya Oyunlarında 2 dəfə gümüş medalın sahibi olub. Cüdo üzrə Polislər Dünya çempionatında isə qızıl medal qazanıb.

İdman Cəmiyyətinin daha bir yetirməsi Vüqar Cəfərov çəkisi 69 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh