Yol polisi İsmayıllı məktəblilərini maarifləndirdi - FOTO

Yol polisi 6 İyun 2018 16:23 Oxunub 3797
Yol polisi İsmayıllı məktəblilərini maarifləndirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür tədbirlər davamlı olaraq digər məktəblərdə də təşkil olunacaq

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və müxtəlif rayon Dövlət Yol Polisi Şöbələri orta məktəblərdə təbliğat məqsədilə maarifləndirmə tədbirləri keçirir. İdarədən Avtosfer.az-a verilən məlumata görə, bu dəfə İsmayıllı rayonu, 5 saylı orta məktəbdə şagird, valideyn və müəllim heyəti ilə görüş keçirilib. Görüşlərdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev, həmin şöbənin əməkdaşı, polkovnik-leytenant İsa Deystani və rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı məktəblilərin çoxsaylı suallarını cavablandırıb, onlara tövsiyələr veriblər. 

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çap olunan "Yol hərəkəti qaydalarının əlifbası" kitabı şagirdlərə hədiyyə olunub. 

Qeyd edək ki, bu cür tədbirlər davamlı olaraq digər məktəblərdə də təşkil olunacaq.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh