Yol verin "qudam" gəlir: 888 "protiv" gedir - VIDEO

Avtosfer TV 8 İyun 2018 19:50 Oxunub 10121
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhərdə “yol mənimdir” deyib hardan gəldi keçən avtomobil sürücüləri az deyil

Bahalı avtomobil, “zerkalnıy” nömrə varsa deməli şəhərdə istənilən yolda, istənilən istiqamətdə hərəkət etmək olar. “Uzaq başı cərimə yazacaqlar. Olmasın 100-200 manat verəcəm bitəcək. Bir dəfə dostlarımla oturanda verdiyim “çaypuludur". Bu təfəkkür tərzi təəssüflər olsun ki, reallıqdır. Şəhərdə “yol mənimdir” deyib hardan gəldi keçən avtomobil sürücüləri az deyil. Bu dəfə kameralara düşən 10 JJ 888 dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobilin sürücüsüdür. Birtərəfli dar yolda əks istiqamətə elə gəlir ki, lap toylarda oxunan “yol verin qudam gəlir” mahnısı xatırlanır.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh