Heybət dəmir yolu stansiyası ləğv edilib

Avtoxəbər 6 İyun 2018 20:13 Oxunub 1680
Heybət dəmir yolu stansiyası ləğv edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılıb

Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb. Avtosfer.az-ın xəbərinə görə, sərəncamda bildirilir ki, Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilib. Bu səbəblə, rayon ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv olunub. Yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh