Maştağa-Nardaran yolunun tikintisinə 9,5 milyon manat ayrılıb

Avtoxəbər 6 İyun 2018 21:00 Oxunub 1226
Maştağa-Nardaran yolunun tikintisinə 9,5 milyon manat ayrılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirəcək

Prezident İlham Əliyev Sabunçu rayonunun Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az-ın məlumatına görə, altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,5 milyon (doqquz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh