Dinozavr skeletini 2 milyon avroya aldı

Maraqlı 7 İyun 2018 10:37 Oxunub 1169
Dinozavr skeletini 2 milyon avroya aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Skelet 9 metr uzunluğa, təxminən 2 metr yarım hündürlüyə malik, allozavrlara aid, Yura dövründə yaşamış heyvana aid olub

Adının açıqlanmasını istəməyən fransız kolleksiyaçı 150 milyon il əvvəl yaşamış nadir dinozavrın skeletini 2 milyon avroya alıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, dinozavrın skeleti 5 il əvvəl tapılıb. Mütəxəssislərin sözlərinə görə, skelet 9 metr uzunluğa, təxminən 2 metr yarım hündürlüyə malik, allozavrlara aid, Yura dövründə yaşamış heyvana aid olub. Hərracda yapon və isveç rəqiblərini üstələyərək skeleti almış fransız kolleksiyaçı heyvanın sümüklərini muzeyə qoymağı söz verib. Lakin bunun hansı muzey olacağını açıqlamayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh