Nəsimidə "07"ni bu hala salan "avtoş" saxlanıldı - FOTO

Avtoreyd 7 İyun 2018 12:01 Oxunub 9399
 Nəsimidə "07"ni bu hala salan "avtoş" saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yalnız normalara uyğunlaşdırıldıqdan sonra cərimə meydançasından buraxılacaq

Bir neçə gün əvvəl Avtosfer.az portalında “Bakıda qeyri-adi hadisə - Nəsimi DYP “avtoş”u saxlamadı – VİDEO”  başlıqlı yazı dərc edilmişdi. Bakıda “Memar Əcəmi” metrosunun yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan, gecə-gündüz həmin ərazidə yaşayan sakinlərin dincliyini pozan 90-OP-027 qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sürücüsünə YPX əməkdaşları göz yumduğu qeyd edilmişdi. Bu barədə Avtosfer.az-a həmin ərazidə yaşayanlar məlumat vermişdilər. Sakinlərin sözlərinə görə, həmin sürücü gecələr avtomobilin maqnitofonuna yüksək səs verərək əl əyləcindən istifadə edib yolda oyun çıxarırmış.

Avtosfer.az-a daxil olan məlumata görə artıq dünən həmin avtomobilin sürücüsü Nəsimi rayon yol polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və sürücü cərimə edilərək maşın duracağa aparılıb. Sürücüyə avtomobildə əlavə avadanlıq quraşdırdığı üçün İXM-nin müvafiq maddəsinə əsasən 150 manat cərimə edilib. Fotolardan da göründüyü kimi avtomobildə yaylarda dəyişiklik edilib. Maşının arxası demək olar ki, yerə dirənib və ön hissəsi normadan artıq qaldırılıb. 

Avtmobil yalnız normalara uyğunlaşdırıldıqdan sonra cərimə meydançasından buraxılacaq. 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh