Çin pilotsuz qırıcı təyyarə yaratdı - FOTO

Texnologiya 7 İyun 2018 14:10 Oxunub 2556
Çin pilotsuz qırıcı təyyarə yaratdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Dark Sword" adlanan təyyarəni dünyada analoqu yoxdur

İnternetdə Çinin yeni istehsal etdiyi pilotsuz qırıcı təyyarənin fotoları yayımlayıb. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, "Dark Sword" (“Tünd qılınc”) adlanan təyyarəni dünyada analoqu yoxdur. Çinin "Shenyang Aircraft" şirkəti layihə üzərində 10 ildən çox işləyib. “Business İnsider” bu təyyarəni "ABŞ üçün kabus", "The War Zone" isə "Pentaqonu pis vəziyyətə salan mütərəqqi aparat" adlandırıb. Fotoları analiz edən ekspertlərin sözlərinə görə, “Tünd qılınc” səsdən sürətli uçuş üçün optimallaşdırılıb və uçuş zamanı maksimal şəkildə gizliliyini qoruyur. Bu isə Çinə ABŞ-la qarşıdurmada böyük üstünlük verə bilər. Qeyd edək ki, Çin hazırda onlarla pilotsuz uçan aparat növü istehsal edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh