Azərbaycanda 21 qardaşın 1 mexanizator bacısı - FOTO

Avtosfer Foto 7 İyun 2018 16:17 Oxunub 3385
Azərbaycanda 21 qardaşın 1 mexanizator bacısı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gənc qızsan, amma əllərin kişi əlləri kimi qabarlıdır"

Mərhum prezident Heydər Əliyevin təhsil alması üçün sənədlərini Kənd Təsərrüfatı İnstitutuna göndərdiyi mexanizator xanımın fotoları maraqla qarşılanıb. Avtosfer.az xəbər verir ki, əsasən kişilərin məşğul olduğu mexanizator peşəsini Bərdə rayonunda Radə Məmmədova görür. Kənd Təsərrüfatə Nazirliyinin haqqında məlumat paylaşdığı R.Məmmədovanın olduqca maraqlı həyat yolu var. Belə ki, mexanizator xanım 21 mexanizator qardaşın (həmin vaxt rayonda cəmi 21 mexanizator olduğu üçün “21 qardaş” ifadəsindən istifadə olunur - red) “tək bacısı” sayılır. Lakin onu bu peşəyə heç də “21 qardaş” deyil, mərhum prezident H.Əliyev ruhlandırıb. O bildirib ki, H.Əliyevin sayəsində mexanizatorluq edib: “Mənim mexanizator ixtisası üzrə ali təhsilİ almağımda və həyat yolumun seçimində ulu öndərimiz Heydər Əliyevin müstəsna rolu var. Onunla görüşdə mənə "Gənc qızsan, amma əllərin kişi əlləri kimi qabarlıdır. Səni oxumağa göndərirəm” – dedi. Həmin gün sənədlərim toplandı və Kənd Təsərrüfatı İnstitutuna göndərildi”.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh