Sumqayıtda avtomobil 15 yaşlı məktəbli qızı vurdu

Avtoxəbər 7 İyun 2018 20:51 Oxunub 1313
Sumqayıtda avtomobil 15 yaşlı məktəbli qızı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb

Sumqayıt şəhərində 15 yaşlı məktəbli qızı avtomobil vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

 

Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vüsalə Mübariz qızı İbrahimova həmin ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh