Yol polisi “Taxta qapının dəmir qapıya işi düşüb” deyənləri tapıb cərimələdi - VİDEO

Qaydalar 8 İyun 2018 00:43 Oxunub 6930
Yol polisi “Taxta qapının dəmir qapıya işi düşüb” deyənləri tapıb cərimələdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Protiv” gedərkən qarşısını kəsən sürücünü təhdid edən sürücü və sərnişin 100 manat cərimə edilib

Martın 20-də paytaxtın Heydər Əliyev prospektində əks istiqamətdə hərəkət edərək qarşıdan gələn sürücüyə təhlükə yaradan avtomobilin görüntüləri Avtosfer.az-da yayılmışdı. Qeyd etdiyimiz 99-AD-149 qeydiyyat nişanlı "Daewoo Gentra" markalı avtomobilin sürücüsü birtərəfli yolun tam olaraq əksinə çıxaraq axına qarşı hərəkət edib. Qarşıdan gələn sürücünün ona yol vermədiyini gördükdə isə qayda pozan sürücü və sərnişin avtomobildən enərək onu təhdid etməyə və özlərini haqlı çıxarmağa çalışıblar. “Mənim yolumu kəsdin, indi çıx sağla yavaş-yavaş get, bayram günüdür, çıx get. Taxta qapının dəmir qapıya işi düşüb” deyə, hədə-qorxu gəliblər. Bundan sonra sürücü geri qayıdanda sükan arxasına keçmir. Bu dəfə avtomobili sərnişin idarə edir. 

Görüntülərə baxış keçirən Bakı Şəhər DYP İdarəsinin əməkdaşları qayda pozan sürücünü və sərnişini aşkar edərək əks istiqamətdə hərəkət etdiklərinə görə hər ikisinə 100 manat cərimə yazıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh