DYP sürücünü haqlı sayır, amma problemlər həll edilmir - FOTO

Xəbərlər 8 İyun 2018 00:47 Oxunub 2871
DYP sürücünü haqlı sayır, amma problemlər həll edilmir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tapşırıq veriləndən bəri aidiyyatı qurum həmin problemləri aradan qaldırmır

Nümunəvi sürücülərdən olan və Avtosfer.az-ın daimi oxucusu Kənan Məmmədov bir neçə küçədə yol hərəkətinin təşkilində olan problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi müraciət edərək həmin problemlərin aradan qaldırılmasını xahiş edib. Avtosfer.az xəbər verir ki, vətəndaş Binəqədi rayonu Ordubadi və Aşıq Şəmşir küçələrinin kəsişməsində olan 1.1 bütöv xəttin 1.5 qırıq-qırıq xətti ilə əvəz olunmasını, bundan başqa Bakı-Dairəvi 1 yolunun Yeni Yasamal qəsəbəsindən keçən hissəsində görünməz vəziyyətə düşən 1.1 bütöv xəttin yenidən bərpa olunmasını xahiş edib.

BDYP-da araşdırılan müraciətlər müsbət qiymətləndirilib və həmin problemlərin aradan qaldırılması üçün aidiyyatı quruma müvafiq tapşırıqlar verilib. Lakin tapşırıq veriləndən bəri aidiyyatı qurum həmin problemləri aradan qaldırmır.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh