Yayda maşına qulluq etmək üçün bunları bilmək lazımdır - VİDEO

Yazarlar 8 İyun 2018 00:49 Oxunub 4040
Yayda maşına qulluq etmək üçün bunları bilmək lazımdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asiman Əsədov: “Benzin sərfiyyatının da artması normaldır, amma qarşısnı almaq olar”

Yay aylarında avtomobillərə qulluq necə olmalıdır? Havalar istiləşdikcə avtomobildə hansı proseslər baş verir? Avtomobili yayda necə işə salmaq lazımdır? Bütün bu suallara Avtosfer.az vasitəsilə cavab verən avtomobil üzrə mütəxəssis, “Gomas” avtoservisin rəhbəri Asiman Əsədovun müsahibəsini təqdim edirik:

- Yay aylarında əsas problemlərdən biri avtomobillərin kondisioneri ilə bağlıdır. Belə ki, qışda kondisioner işlətmədiyimiz üçün freonu (qazı) azalır. Odur ki, öndə bunu yoxlamaq lazımdır. Həmçinin sürücülərə tövsiyəmiz budur ki, qışda az da olsa arabir kondisioner sistemini işlətsinlər ki, bu cür problemlə qarşılaşmasınlar. 

Eyni zamanda kondisioneri işə salarkən iki pəncərənin açıq olması şərtdir. Çünki ilk işə salanda zəhərli qazlar ixrax olur ki, onu hava vasitəsi ilə bayıra atmaq lazımdır. 

Kondisioner filtirlərini dəyişərkən onun orjinal olduğunu mütləq yoxlamaq lazımdır. Bəzən sürücülər və ustalar kpmürlü filtirlərə üstünlük verirlər. Buna səbəb bayırda olan pis qoxuların atomobilin salonuna daxil olmasının qarşısını almaqdır. Lakin çox vaxt Çin istehsalı olan filtirlərdən istifadə edilir. Bu isə olduqca sağlamlıq üçün təhlükəlidir. Kömürlü olmasına diqqət etmək əsas məsələdir. Orjinal olmadıqda sadəcə kömür yerinə rəngdən istifadə edilir. 

Yay aylarında benzin sərfiyyatının artması normal haldırmı? 

- Benzinin çox istifadəsi təbii haldır. Çünki kompressor kifayət qədər böyük aqreqat olduğu və benzinlə işlədiyi üçün benzin sərfiyyatının da artması normaldır.

- Yay aylarında bir çox hallarda avtomobillər yanır. Bu nə ilə əlaqədardır?

- Əsasən əlavə avadanlıqların quraşdırılması halları ola bilər. Zavod istehsalı və nəzərdə tutulmuş lampalardan istifadə zamanı bu hallar baş verə bilməz. Amma çox təssüf ki, 55-60 vat güc üçün nəzərdə tutulmuş naqillərə birdən-birə 100 vatlıq lampalar yükləyirlər. Bu da naqillərin sıradan çıxması və yanmalara səbəb ola bilər. Odur ki, zavodun tələblərinə riatəy etmək və çin istehsalı olan kseonon lampaların istifadəsi qəti olaraq məsləhət görülmür.

- Gomas və Monza avtosfervislərdə qeyd etdiyimiz problemlərin həlli mümkündür. Bizim servislərdə susdurucu (qruşutel) sistemlərinin quraşdırıması var. Bu əsasən benzin sərfiyyatını azaldan haldır. Lakin Azərbaycanda təssüf ki, çoxları buna əhəmiyyət etmir. Nəticədə benzin sərfiyyatı artır.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh