Yol polisi Qubada məktəblilərlə görüşdü - FOTO

Yol polisi 7 İyun 2018 20:28 Oxunub 1572
Yol polisi Qubada məktəblilərlə görüşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəblilər isə yol-hərəkəti qaydaları və vətənpərvərlik mövzularında bir sıra səhnəciklərlə çıxış ediblər

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və müxtəlif rayon Dövlət Yol Polisi Şöbələri orta məktəblərdə təbliğat məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

Avtosfer.az xəbər verir ki, növbəti görüş Quba  rayonu, Nügədi 1 kəndi, Zəki Kərimov adına 1 saylı orta məktəbdə şagird, valideyn və müəllim heyəti ilə baş tutub.

Görüşdə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev, rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları iştirak ediblər. Məktəblilər yol hərəkəti qaydaları barədə maarifləndirilib. Eyni zamanda onları maraqlandıran sualların yol polisi əməkdaşları tərəfindən cavablandırıb, müxtəlif tövsiyələr veriblər. 

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çap olunan "Yol hərəkəti qaydalarının əlifbası" kitabı şagirdlərə hədiyyə olunub. 

Məktəblilər isə yol-hərəkəti qaydaları və vətənpərvərlik mövzularında bir sıra səhnəciklərlə çıxış ediblər.

Qeyd edək ki, bu cür tədbirlər davamlı olaraq digər məktəblərdə də təşkil olunacaq.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh