Gənclik istəyi, gənclik əzmi - FOTO

Yol polisi 8 İyun 2018 15:41 Oxunub 1212
Gənclik istəyi, gənclik əzmi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirir

Qədim olduğu qədər də füsünkar təbiətə malik Odlar yurdu bütün dövrlərdə müxtəlif təyinatlı şəfa ocaqları ilə məhşur olmuşdur. Belə şəfa mənbələrindən biri də Naftalan neftidir. Minbir dərdin dərmanı olan bu neftin müalicəvi xarakterə malik olmasının  tarixi çox qədimlərə gedib çıxır.

Rəvayətə görə, qədim İpək yolunun üstündə yerləşən bu diyardan keçən karvanın sarvanı heyvanlardan birinin yoluxucu xəstəliyə tutulduğunu görür. Xəstəliyin digər dəvələrə keçməsinin qarşısını almaq üçün onu çöllüyə buraxır. Sarvan geriyə dönəndə dəvəsini sağlam görür. Hələ XVIII əsrdə alman mühəndisi Yeger bu neftdən “Naftalan” adlı məlhəm hazırlayır. Deyilənə görə rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin çantasındakı məlhəmin üzərində “Kimdə bu dərmandan varsa, heç bir yaradan qorxmasın” sözləri yazılıbmış.

Əsası ümummilli liderimiz tərəfindən qoyulan və ölkə başçımızın uğurla davam etdirdiyi quruculuq işləri Naftalandan da yan keçməyib. Müasir dünya standartlarına cavab verən istirahət və sağlamlıq mərkəzləri ilin bütün fəsillərində bura üz tutanların ixtiyarına verilmişdir.

Və sözsüz ki, onların təhlükəsizliyi də əsas amillərdən biridir. Naftalan ŞPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ziya Əliyevlə söhbətimiz həm də bu mövzuda oldu. Öyrəndim ki, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsindəki məqsədyönlü tədbirlərlə yanaşı şəhərin çoxsaylı qonaqlarının təhlükəsizliyinin təmini də gündəlik diqqət mərkəzində saxlanılır. Şəxsi heyət bu istiqamətdə daima məlumatlandırılır, əhali arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir.

Yeri gəlmişkən, xidmətdə fərqlənən əməkdaşlardan bəzilərilə görüşmək istədiyimi deyəndə: “Bizdə beləsi çoxdur, hamısını çağırım?”-dedi.

Sonra əlavə etdi:

- Mənə elə gəlir ki, polis baş leytenantı Aydın Abdullayevdən başlamanız yaxşı olar.

Gənc həmkarımla da əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Cəbrayıl Əhmədovun otağında görüşdük. Rəis müavini dedi ki, gənc olmasına baxmayaraq, çox məsuliyyətli əməkdaşdır. Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirir, öz üzərində çalışır, təcrübəli əməkdaşlardan öyrənməyə xüsusi diqqət yetirir. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, eləcə də, axtarışda olanların tutulmasında xüsusilə fərqlənir. O, təkcə rəhbərliyin deyil, şəhər əhalisinin də rəğbətini qazanıb. 

Xeyli söhbətləşdik, gənc həmkarımızdan bunları da öyrəndim ki, polisin cəmiyyətimizdəki nüfuzu onu bu şərəfli peşəni seçməsinə səbəb olub.

Kür çayının sahilində yerləşən gənclər şəhəri Mingəçevirdə dünyaya gəlib. 2008-ci ildə yüksək balla DİN-nin Polis Akademiyasına qəbul olunub. Elə ilk təyinatını da Mingəçevir ŞPŞ-nə alıb. 2016-cı ildən Naftalan ŞPŞ-yə xidmət edir. Baş əməliyyat müvəkkilidir.

 

Çingiz Şıxverdiyev, 

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh