15 nəfərin yaralandığı qəzanın VİDEOsu

Avtosfer TV 8 İyun 2018 17:01 Oxunub 4750
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin yağışlı hava səbəbindən yolun sürüşkən olması nəticəsində baş verdiyi ehtimal edilir

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Şəkidən Bakı istiqamətində hərəkət edən "55 BT 471" dövlət nömrə nişanlı "Ford" markalı sərnişindaşıyan avtomobil ilə "Mersedes" toqquşub. Nəticədə "Ford" aşıb. İlkin məlumata görə, 15 nəfər - Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayeva, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan daha 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisənin yağışlı hava səbəbindən yolun sürüşkən olması nəticəsində baş verdiyi ehtimal edilir. 

Avtosfer.az arbtv-yə istinadən qəzanın görüntülərini təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh