Avtomobillərinə qaz avadanlıqları quraşdıranlar cərimələnə bilər - VİDEO

Avtoxəbər 8 İyun 2018 20:59 Oxunub 5825
Avtomobillərinə qaz avadanlıqları quraşdıranlar cərimələnə bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənədə dəyişiklik etməyən sürücünün maşını illik texniki baxışdan keçirilmir

Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması kütləvi şəkildə yayılıb. Avtosfer.az-ın məlumatına görə, yanacaq puluna qənaət etmək məqsədi ilə ölkəmizdə sürücülər avtomobilə qaz avadanlığı quraşdırır. Qanunvericiliyə görə, bu dəyişikliyi mütləq avtomobilin texniki pasportunda göstərmək lazımdır. Əks halda bunu edən sürücü cərimlənə bilər.

 

Yaxşı olar ki, sürücülər bu avadanlığı quraşdırmadan əvvəl Dövlət Yol Polisinin Elmi tədqiqat laboratosiyasına müraciət edib, müsbət cavab alsın və bu sistemi quraşdırdıqdan sonra 20 manat texniki baxış və 17 manat texniki paspotu dəyişmək üçün olan rüsümu ödəyərək təkrar qeydiyyatı həyata keçirsin. Amma əgər lazimi sənədlər varsa, bu prosesi avadanlıq quraşdırıldıqdan sonra da etmək mümkündür. Bunun üçün isə avadanlığı quraşdıran şəxs sürücüyə sertifikat və arayış verməlidir.

 

Qaz avadanlığını quraşdıran şirkət sürücüyə ümumilikdə 5 sənəd təqdim edə bilər ki, bunun 3-ü vacibdir.

 

Bundan başqa, sürücü quraşdırılan avadanlıq və işi görənin peşakarlıq sertifiaktını da tələb edə bilər.

 

Qeyd edək ki, avadanlığı quraşdıraraq sənədə dəyişiklik etməyən sürücünün maşını illik texniki baxışdan keçirilmir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

sahil 24 İyun 2018 01:28
Sizin dediyiniz yalanda əgər afdamabilə qaz avadanlığı quraşdırmısansa 150 nanat cərmədir maşında gedir ştrafnoya kanukdruqsuya pozğunluğu sayılır0700556678770