Yusif Səfərov küçəsində yeni yol keçidi təşkil olunur

Avtoxəbər 8 İyun 2018 21:33 Oxunub 1985
Yusif Səfərov küçəsində yeni yol keçidi təşkil olunur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçid nəqliyyat axınının daha düzgün yayılmasını təmin edəcək

Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq. Avtosfer.az xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev açıqlama verib.

 

O, bildirib ki, bu yay icra ediləcək mühüm layihələrdən biri Yusif Səfərov küçəsində nəqliyyat axınının düzgün idarə edilməsi ilə bağlıdır.

 

O qeyd edib ki, şəhər mərkəzinə əsas giriş hesab edilən bu küçənin Mehdi Mehdizadə və Nizami küçələri ilə kəsişməsində yeni yol keçidlərinin təşkili planlaşdırılır:

 

 

"Bu isə öz növbəsində, Bakı şəhərinin şərq və qərb bölgələri arasındakı avtomatik kommunikasiyanı əhəmiyyətli dərəcədə asanlaşdıracaq və nəqliyyat axınının daha düzgün yayılmasını təmin edəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh