Dayanacaqda çalışana inanıb cərimə olundu - Video

Avtoxəbər 8 İyun 2018 23:39 Oxunub 2197
Dayanacaqda çalışana inanıb cərimə olundu - Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Dəniz Vağzalının qarşısında baş verib

Dayanacaqda çalışan şəxsə inanaraq həmin ərazidə maşın park edən şəxs cərimələnib. Avtosfer.az-ın məlumatına görə, hadisə Dəniz Vağzalının qarşısında baş verib.

Cərimə olunan Vasif Cəbrayılov sual edir ki, əgər yalan məlumat verib maşını cərimələtdirəcəksə, həmin şəxslər duracaqda niyə çalışır.

 

Daha sonra hadisənin baş verdiyi yerə getdik. Dəniz Vağzalının qarşısındakı lövhədə avtomobillərin park edilməsinə yalnız axşam saat 6:00-dan səhər saat 7:00-dək icazə verildiyini göstərən lövhə quraşdırılıb. Ancaq bu şəxsin maşını həmin ərazidə saat 5:00-da park edildiyi üçün yol polisi ona cərimə yazıb.

 

Ekspert Ərşad Hüseynov bildirir ki, belə hallarda parkomat nəzarətçisinə hansısa cəza tətbiq edilə bilməz. Çünki onların nə deməsindən asılı olmayaraq sürücü özü ərazidə parketmə yerinə nəzər salmalı və hər şeyin qaydalara uyğun olduğuna əmin olduqdan sonra avtomobili duracağa qoymalıdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh