Bakıda sürücü maşını polisin üstünə sürdü: PPX və YPX avtomobillərini vurub qaçdı - VIDEO

Avtosfer TV 9 İyun 2018 12:07 Oxunub 3276
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri aparılır

Dünən Yasamal rayonu ərazisində 90 OZ 919 dövlət nömrə nişanlı, “Chevrolet Camaro” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman sürücü polisə tabe olmayıb. Avtomobili polis əməkdaşları ilə yanaşı PPX və YPX avtomobillərin üzərinə sürüb.

Sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi sürücü PPX avtomobili vuraraq hadisə yerindən uzaqlaşır.

Yasamal rayon Dövlər Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, avtomobilin sahibi müəyyən edilib. Araşdırma zamanı maşının bir qadına məxsus olduğu ortaya çıxsa da sükan arxasında tamamilə başqa şəxs əyləşib.

Hazırda avtomobili idarə edən şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri aparılır. 

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh