Bakıda iki piyadanın ölümünə səbəb olan sürücü məhkəməyə müraciət edib

Avtoxəbər 9 İyun 2018 19:44 Oxunub 1348
Bakıda iki piyadanın ölümünə səbəb olan sürücü məhkəməyə müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şikayət hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılacaq

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Səfərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib. “Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 13-nə təyin edilib.

Şikayət hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Bakı-Xocəsən yolunun 7-ci kilometrliyində baş verib. Xırdalan şəhər sakini A.Səfərov idarə etdiyi “Nissan X-Trail” markalı, 90 SD 338 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 3 nəfəri vurub. Nəticədə piyadalardan 36 yaşlı Cavanşir Kirmirzəyev və 32 yaşlı Səbuhi Şahmarov dünyasını dəyişib. 36 yaşlı İsmayıl Hümbətov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Səfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh