Rayonlarda kombayn çatışmazlığından yığım gecikir - VİDEO

Avtoxəbər 9 İyun 2018 22:16 Oxunub 1701
Rayonlarda kombayn çatışmazlığından yığım gecikir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda respublika üzrə biçin işlərində 2300-ə yaxın kombayn işləyir

Bu il sahələrdə taxıl əkib-becərən fermerlərin məhsul yığımı gecikir. Kombayn çatışmazlığı səbəbindən biçin aparılmır. Avtosfer.az xəbər verir ki, bu problem əsasən Kürdəmir, Sabirabad, Ağcabədi, Şəki, Yevlax və Ağdaş rayonlarında yaşanır. Bu rayonlarda biçilməmiş xeyli sahə qalıb. Vətəndaşlar isə biçin işlərinin gecikməsi ucbatından məhsulun itkiyə getməsindən narahatdırlar.

 

"Aqrolizinq" ASC-nin şöbə müdiri İsrafil Məmmədov bildirib ki, problemin aradan qaldırılması üçün əlavə olaraq 40 kombayn prosesə cəlb olunub.

 

Məhsulunu hələ də biçdirib yığa bilməyən fermerlər vəziyyəti yerində araşdırmaları üçün "Aqrolizinq"in əməkdaşlarına müraciət ediblər. Növbəti dəfə Ağdaş və Yevlaxda biçinin vaxtında aparılması üçün bu rayonlara texnikalar göndəriləcək.

 

Şöbə müdiri İsrafil Məmmədov deyir ki, hazırda respublika üzrə biçin işlərində 2300-ə yaxın kombayn işləyir. Bu texnikalar növbəlilik əsasında iş görür.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh