Telefona baxaraq yeriyən piyadalar üçün zolaq yaradılıb

Maraqlı 10 İyun 2018 00:31 Oxunub 1463
Telefona baxaraq yeriyən piyadalar üçün zolaq yaradılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Magistraldan ayrılan zolağın üzərinə “ağıllı” telefon” işarəsi çəkilib

Çinin Şian şəhərində “ağıllı” telefonlara baxaraq yeriyən piyadalar üçün ayrıca zolaq yaradılıb. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, qırmızı, yaşıl və mavi rənglərə boyanan zolağın eni 80 santimetr, uzunluğu isə 100 metrdir. Magistraldan ayrılan zolağın üzərinə “ağıllı” telefon” işarəsi çəkilib. Bu da zolağı digər piyada yollarından ayırır.

 

Şəhərin sakinləri bu zolağın yaradılmasından məmnunluqlarını bildiriblər. "Məlum olduğu kimi gənclər günlərini telefonlardan istifadə edərək keçirirlər. Belə bir təşəbbüsün reallaşmasını yüksək dəyərləndiririk. Hesab edirik ki, bu, telefonlar ilə daha çox vaxt keçirən piyadaların müdafiəsi baxımdan əhəmiyyətlidir”, - deyə sakinlər vurğulayıblar.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh