Polisdən 6 kilometr uzunluğunda iftar süfrəsi

Maraqlı 10 İyun 2018 11:05 Oxunub 1487
Polisdən 6 kilometr uzunluğunda iftar süfrəsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu da Ginnesin rekordlar kitabına “ən uzun iftar süfrəsi” kimi daxil olub

Dubay polisi müqəddəs Ramazan ayı münasibətilə uzunluğuna görə rekord hesab olunan iftar süfrəsi təşkil edib. Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Gulf News məlumat yayıb.

Nəşrin məlumatına görə, süfrənin uzunluğu 6 kilometr təşkil edib. Bu da Ginnesin rekordlar kitabına “ən uzun iftar süfrəsi” kimi daxil olub.

Dubay polisinin təşəbbüsü xeyriyyəçilik məqsədi daşıyıb. İftarda Hindistan, Şri-Lanka, Pakistan və digər Asiya ölkələrindən gəlmiş 13 min fəhlə iştirak edib.

İftar süfrəsinin hazırlanmasında 35 restoran və müxtəlif dövlət qurumlarından 500 nəfər könüllü çalışıb. Ümumilikdə tədbirin hazırlanmasına 200 saat sərf edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh