Bakıda sərnişin avtobusu qəza törətdi - VİDEO
Avtoxəbər 10 Iyun 2018 22:03 1024 dəfə oxunub
Bakıda sərnişin avtobusu qəza törətdi - VİDEO
Nəsimi rayonunda baş verən ağır qəzada üç nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu qəza törədib. Avtosfer.az xəbər verir ki, Xəzər rayonunda olan hadisə zamanı bir sərnişin xəsarət alıb. O, da əraziyə gələn təcili yardım avtmobili ilə xəstəxanaya aparılıb. Gecə Nəsimi rayonunda baş verən ağır qəzada isə üç nəfər xəsarət alıb.

 

İdaretmədən çıxan sərnişin avtobusu yol kənarındakı ağaca çırpılıb.

 

Hadisə paytaxtın Xəzər rayonunda baş verib. Görüntülər isə sərnişinlərdən biri tərəfindən çəkilib.

 

''Koroğlu'' mübadilə mərkəzindən Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən 136 saylı avtobus Hava limanın keçdikdən sonra birdən idaretəmədən çıxaraq yol kənarındakı ağaça çırpılıb. Hadisə zamanı bir sərnişn xəsarət alıb.

 

Əraziyə gələn təcili tibbi yardım avtomobili ilə həmin şəxs 3 aylı şəhər xəstəxanasına aparılıb Xəstəxanadan verilən məlumata görə, həmin şəxsə yardım edilərək evə burxılıb.

 

Hadisə ilə əlaqədar sürücü Yelmar Atakişiyev Xəzər Rayon Polis İdarəsinə aparılıb. İlkin ifadəsində o, eyni istiqamətdə hərəkətdə olarkən, başqa biravtobusun sürücüsü tərəfindən sıxışdırılıdığı üçün bu qəzanın baş verdiyini deyib. Hazırda polis ərazidəki kameralar vasitəsi ilə qəzanın dəqiq səbəbini araşdırır. Sözügedən daşıyıcı şirkətin direktoru Vüqar Əzimov bildirib ki, sürücü Yelmar Atakişiyev artıq işdən çıxarılıb.

 

Gecə paytaxtın Nəsimi rayonunda da ağır yol nəqliyyat hadisəsi baş verib. ''VAZ 2107''markalı minik maşını ilə "Mercedes Vito" avtomobili toqquşub.

 

Rəşid Behbudov və 28 may küçələrinin kəsişməsində qeydə alınan qəzada hər iki sürücü və bir sərnişin yaralanıb. Hər iki avtomobilə isə ciddi ziyan dəyib. Hadisə yerinə gələn təcili yardım briqadası yaralılara ilkin yardım göstərib. Ağır yaralanan bir sərnişin isə dərhal xəstəxanaya çatdırılıb. Hazırda polis bu qəzanın da səbəbini araşdırır

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh
© Avtosfer.az 2014 - 2018
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.