Mir Cəlal küçəsində acınacaqlı vəziyyət - Bakıda keçilməz yol - FOTOLAR

Xəbərlər 11 İyun 2018 00:15 Oxunub 2925
Mir Cəlal küçəsində acınacaqlı vəziyyət - Bakıda keçilməz yol - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir işlərinin 2 ayda yekunlaşacağını bildirilsə də, xeyli iş görülməmiş qalıb

Bakı şəhər Binəqədi rayonu Mir Cəlal küçəsində aparılan təmir işlərinin yubanması sakinlərdə narazılıq yaradıb. Lent.az xəbər verir ki, 9-cu mikrorayonun mərkəzi küçəsində qazılmış ərazilərin hələ də abadlaşdırılmaması, ərazidən qalxan toz insanların narazılığına səbəb olub. Bundan başqa küçədəki avtobus dayanacaqlarının ləğv edilməsi səbəbindən iritutumlu nəqliyyat vasitələrinin sərnişin düşürüb-mindirməsində ciddi problemlər yaranıb. Sakinərin Lent.az-a bildirdiyinə görə, günün müəyyən saatlarında avtomobillə bu əraziyə daxil olmaq ümumiyyətlə mümkün deyil. Yolun qazılmasından sonra doldurulmaması tıxaca, eləcə də, minik avtomobillərinin və avtobusların çirklənməsinə, nasaz vəziyyətə düşməsinə səbəb olur.

Qeyd edək ki, mart ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Mir Cəlal küçəsindəki təmir işlərinin qarşıdakı 2 ayda yekunlaşacağını bildirsə də, ərazidə xeyli iş görülməmiş qalıb. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh