Aktrisa Pərvindən vayner Hüseynə ağır sözlər: “Sənin …” – VİDEO

Yarışma 11 İyun 2018 00:34 Oxunub 3784
Aktrisa Pərvindən vayner Hüseynə ağır sözlər: “Sənin …” – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Pərvin Abıyeva saman altından Pepsi-Cola keçirir”

"Maşın” şouda növbəti dəfə iştirakçılar arasında gərginlik yaşanıb. Qutudan ən çox şəkli çıxan vayber Hüseyn Əzizoğlu olub. O, səs toplayacağı təqdirdə aktrisa Pərvin Abıyevanı oyundan çıxaracağını söyləyib. Oyun zamanı maşın uğrunda mübarizə aparan hər iki iştirakçı arasında mübahisə yaşanıb. Hüseyn Əzizoğlu aktrisa haqqında danışarkən "Pərvin Abıyeva saman altından Pepsi-Cola keçirir” deyib. Bu zaman verilişdə canlı efir yenidən kəsilib və araya reklam salınıb. Bir neçe saniyə sonra yenidən canlı yayım davam edib. Buna səbəb isə Abıyevanın vaynerə "mən yox, sənin "maman”dı buradan hamını yola salan” söyləyib. Onun sözləri isə Hüseyn Əzizoğlunu özündən çıxarıb. Lakin aktrisa müğənni Roza Zərgərlini nəzərdə tutduğunu bildirib. Belə ki, vayner şounun dünənki buraxılışında doğma anasından sonra Roza Zərgərliyə hörmət etdiyini və ona "ana” deyə müraciət etdiyini söyləyib.

***

Daha bir iştirakçı “Maşın” realiti-şosunu tərk edib. İştirakçılar bloger Hüseyn Əzizoğlunu səsverməyə çıxarıblar. O, yarışmada qalacağı təqdirdə aktrisa Pərvin Abıyevanı yarışmadan kənarlaşdıracağını açıqlayıb. Səsvermənin yekununda 60,3 faiz səs toplayan H.Əzizoğlu yarışmada qalıb. Lakin, o hədəfini dəyişib və müğənni Abbas Bağırovu şoudan uzaqlaşdırıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh