Polislər və Daxili Qoşunlar gücünü rinqdə göstərdi - FOTO

Yol polisi 11 İyun 2018 01:30 Oxunub 4689
Polislər və Daxili Qoşunlar gücünü rinqdə göstərdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polisin yubiley tədbirləri davam edir

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində daxili işlər orqanlarının əməkdaşları arasında Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş silahsız özünümüdafiə üzrə yarış keçirilib. Yarışda 10 komandanı təmsil edən 80 idmançı gücünü sınayıb. Dövlət himnimiz səsləndikdən sonra tədbiri açan DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftaxetdinova cümhuriyyət yaşıdı olan polisimizin böyük bir inkişaf yolu keçdiyini,  dövlətçiliyimizin möhkəmlənməsi uğrunda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, ictimai asayişi və sabitiyi qorumaq naminə qarşıya çıxan çətinliklərə  inamla sinə gərdiyini və cinayətkarlıqla qətiyyətlə mübarizə apardığını diqqətə çatdırdı. 

O, bildirdi ki, dünən olduğu kimi bu gün də polisimiz həm də bir vətəndaş kimi həyatın bütün sahələrində ölkəmizin inkişafına öz töhfəsini verir, dünyanın ən böyük elm, idman arenalarından vətənimizə qələbələrlə qayıdırlar. Qeyd olundu ki, əldə olunan bütün uğurların əsasında ölkə və DİN rəhbərliyinin ali diqqət və qayğısı durur.

Sonra yarışa start verildi. Polislər silahsız özünümüdafiə bacarıqlarını, yüksək fiziki hazırlıqlarını nümayiş etdirdilər.

Yarış başa çatdıqdan sonra hakimlər qrupu tərəfindən qiymətləndirmə başladı. Nəticələrə görə Əlahiddə Çevik Polis Alayının komandası 1-ci, DİN Daxili Qoşunlar Baş İdarəsinin hərbi qulluqçuları 2-ci, Polis Akademiyasının komandası isə üçüncü yerə layiq görüldü.  

Qeyd edək ki, yarışın keçirilməsində həm də əsas məqsəd fərqlənən idmançılardan beynəlxalq turnirlərə qatılacaq komandamızın heyətini formalaşdırmaqdır.

Sözügedən yarışı polis polkovnik-leytenantı Munir Orucov, polis mayoru Zaur Məcidov, polis serjantı Hikmət Hacıyev və Rəsul Məmmədov idarə edirdilər. Yarışın baş hakimi isə polis polkovnik-leytenantı Mülayim Xıdırov idi.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh