Bakıda qız telefona görə 11-ci mərtəbədən atıldı - Maşının üstünə düşüb sağ qaldı

Gündəm 11 İyun 2018 02:43 Oxunub 8145
Bakıda qız telefona görə 11-ci mərtəbədən atıldı - Maşının üstünə düşüb sağ qaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Anasından mobil telefon istədikdə rədd cavabı alan qız intihar edib

Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib. 2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib. Belə olduqda F.Talıbova özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.Talıbova avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh