Ramil Usubov Qubada vətəndaşları qəbul edəcək

Yol polisi 11 İyun 2018 11:46 Oxunub 1166
Ramil Usubov Qubada vətəndaşları qəbul edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il iyul ayının 7-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh