Polisin üstünə maşın sürən sürücü həbs edildi - VIDEO

Yol polisi 11 İyun 2018 15:34 Oxunub 3300
Polisin üstünə maşın sürən sürücü həbs edildi - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir il sürücülük hüququndan məhrum edilib

Dünən Bakının Yasamal rayonunda "Chevrolet Camaro" markalı avtomobilin sürücüsü YPX və PPX avtomobillərini vurmuş, maşını polislərin üstünə sürmüşdü. Onun görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az - a verilən məlumata görə, həmin sürücü Hümbətov Elçin Məcnun oğlu saxlanılıb və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 30 gün inzibati həbs cəzası təyin edilməklə bir il sürücülük hüququndan məhrum edilib.

Sözügedən avtomobilin saxlanması səbəbi 400 manatdan çox ödənilməmiş cəriməsinin olmasıdır. Sürücü saxlama tələbinə tabe olmayaraq hərəkəti davam etdirib və Tbilisi prospektində süni tıxac yaradılaraq saxlanılsa da polis maşınını vuraraq qaçdığı üçün onun təqib edilməsi dayandırıb. Kameralar vasitəsilə təqib edilərək Xırdalan qəsəbəsində yaşadığı ünvanda aşkarlanıb. Lakin burada da avtomobildən düşərək qaçıb. Avtomobil cərimə meydançasına aparılıb, Ağdam sakini olan və heç bir yerdə işləməyən sürücü isə bu gün saxlanılıb.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh