Bu üsulla maşınınızı soya bilərlər - Sürücülərə XƏBƏRDARLIQ 

Avtoxəbər 11 İyun 2018 23:04 Oxunub 4291
Bu üsulla maşınınızı soya bilərlər - Sürücülərə XƏBƏRDARLIQ 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğrular öncə avtomobilin sağ təkərlərinin üzərinə plastik şüşə yerləşdirirlər

Avtomobil oğruları hər gün yeni texnikalarla çirkin əməllərini həyata keçirməyə çalışırlar. Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis avtomobil oğrularının istifadə etdiyi bu yeni üsul barədə bütün sürücüləri diqqətli olmağa çağırıblar. İstifadə etdikləri üsul isə olduqca sadədir. Belə ki, oğrular öncə avtomobilin sağ təkərlərinin üzərinə plastik şüşə yerləşdirirlər. Beləcə, sürücü şüşəni görə bilmir, ancaq maşını işlətməyə başlayanda qəribə səs eşidir. Plastik şüşənin varlığından xəbərdar olmayan sürücü avtomobilindən enib nə olduğunu anlamağa çalışır. Bu zaman oğrular araya girərək çirkin əməllərini həyata keçirirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh