Astara sakinindən qeyri-adi ixtira - "Muravey" yük maşını oldu - VİDEO

Avtosfer TV 11 İyun 2018 23:17 Oxunub 6060
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının əsas xüsusiyyəti isə qənaətçilliyidir

Astara sakinibir neçə avtomobilin ehtiyat hissəsindən qeyri-adi görünüşə malik avtomobil yığıb. Avtosfer.az xəbər verir ki, yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir. Maşının əsas xüsusiyyəti isə qənaətçilliyidir. Dönmə və qəza işıqları, yeni sükan və digər xırda detallar nəzərə alınıb. Astara rayonunun Şiyəkəran kənd sakini olan CeyhunBabayev ''muravey'' motosikletini dəyişdirərək yük maşını düzəldib. O,yükün daşınması üçün nəzərdə tutduğu texnikanı6 ay müddətində ərsəyə gətirib. Bu müddət ərzində 2500 manatdan çox pul sərf olunub.maşın dizel yanacağı ilə işləyir. 100 km-ə isə 2 litr yanacaq sərfiyatı var. Ceyhun Babayev maşının hazırlanmasında bir neçəavtomobilin hissələrindən istifadə edib. O, yeni nəqliyyat vasitəsinin elektrik işlərini də özünün gördüyünü deyir. 

Yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir.Ceyhun Babayev düzəltdiyi texnikanı daha da təkmilləşdirmək fikrindədir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh