19 yaşlı oğlan yük maşınından yıxılaraq ağır xəsarət alıb - Astarada
Gündəm
12 İyun 2018 11:02
Oxunub 722
Faktla bağlı araşdırma aparılır
Astara sakini yük maşınından yıxılaraq ağır xəsarət alıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyaku kəndində qeydə alınıb. Arı pətəklərini yük maşını ilə aran zonasına aparan zaman kənd sakini, 1999-cu il təvəllüdlü Elton Asəf oğlu Şabanov ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
E.Şabanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Açıq kəllə-beyin travması alan E. Şabanovun vəziyyəti ağır olduğundan Bakıdan həkim çağırılıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR