Bağlanan yol və körpüdə hərəkət bərpa olunub - Şamaxıda

Gündəm 12 İyun 2018 11:50 Oxunub 690
Bağlanan yol və körpüdə hərəkət bərpa olunub - Şamaxıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hazırda yollarda heç bir problem yoxdur. Nəqliyyatın gediş-gəlişi təmin edilib"

Şamaxı rayonunda güclü leysan yağışları nəticəsində dağılan yol bərpa edilib. Bu barədə Trend-ə Şamaxı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı İrşad Osmanov bildirib.

O qeyd edib ki, hadisə nəticəsində kəndlərdən mərkəzə gedən yollarda yaranan problemlər aradan qaldırılıb: "Güclü leysan yağışları nəticəsində Mədrəsə kəndindən mərkəzə doğru gedən yolda körpünü su basmış, yol bağlanmışdı. Dərhal əraziyə texniki avadanlıqlar cəlb olunub və yol bərpa edilib. Hazırda yollarda heç bir problem yoxdur. Nəqliyyatın gediş-gəlişi təmin edilib".

Xatırladaq ki, ötən gün yağan güclü yağış nəticəsində Şamaxı rayonunun Mədrəsə kəndindən rayon istiqamətində olan avtomobil yolunu su basmış, yolun üzərindəki körpünü lil bağlamışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh