Avtobusda cibgirlik edən şəxslər saxlanılıb

Gündəm 12 İyun 2018 12:22 Oxunub 742
Avtobusda cibgirlik edən şəxslər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gülüstan qəsəbə sakini G.Nəcəfli iyunun 11-də qəsəbə ərazisində marşrut avtobusunda çantasından içərisində 303 ABŞ dolları və 10 manatı, habelə sənədləri olan pulqabısının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər narkotik, oğurluq, soyğunçuluq və quldurluq cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar - Namiq Cəlalov, Şahin İbrahimov və İlham Hüseynov olduqları müəyyən edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh