Qaçırılmış avtomobildən silah-sursat tapılıb - Bakıda

Gündəm 12 İyun 2018 12:29 Oxunub 737
Qaçırılmış avtomobildən silah-sursat tapılıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda qaçırılmış avtomobildən silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iİyunun 11-də Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh