Kabel oğruları saxlanılıb - Neftçalada

Gündəm 12 İyun 2018 14:02 Oxunub 723
Kabel oğruları saxlanılıb - Neftçalada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

Neftçalada kabel oğruları saxlanılıb. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Neftçala Rayon Polis Şöbəsinə ərazidə yerləşən istehsalat müəssisələrinin birindən ümumi dəyəri 16000 manat olan 200 metr kabelin oğurlanması barədə məlumat daxil olub.

Neftçala RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elnur Mənəfov, Röyal Mehdiyev və Fərid Babayev saxlanılıb.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları kabellər onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh