Bu qəzanı sərxoş sürücü törətdi – Tutub döydülər – Anbaan VİDEO
Avtosfer Foto 12 Iyun 2018 14:32 4393 dəfə oxunub
Bu qəzanı sərxoş sürücü törətdi – Tutub döydülər – Anbaan VİDEO
"Prado” sürücüsü və avtomobildə olan digər şəxslər “Mercedes”in sürücüsünü döyüblər

Xəbər verdiyimiz kimi, dünən gecə Bakıda “Neftçilər” metrosunun qarşısında yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın verdiyi xəbərə görə, “Toyota Prado” və “Mercedes E-350” markalı avtomobillər üz-üzə toqquşub. Qəzadan sonra kütləvi dava düşüb. İlkin məlumata görə, hadisə nəticəsində yaralananlar var. Qəzaya səbəb isə “Mercedes”in sürücüsü olub. Avtosfer.az-ın əldə etdiyi videodan da aydın olur ki, “Mercedes”in sürücüsü qarşı yola çıxaraq “Prado” ilə toqquşub. Nəticədə “Prado” sürücüsü xəsarət alıb. “Prado”ya cüzi ziyan dəysə də, “Mercedes” yararsız hala düşüb.

Qəzadan sonra “Mercedes”in sürücüsünün sərxoş olduğunu öyrənən “Prado” sürücüsü və avtomobildə olan digər şəxslər onu döyüblər.

Avtosfer.az hadisə yerindən fotoları və qəzanın başvermə anının əks etdirən videonu təqdim edir:

 

Elmin

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh