Xanım polis əməkdaşı yenə qələbə qazandı - FOTO

Yol polisi 12 İyun 2018 15:27 Oxunub 1266
Xanım polis əməkdaşı yenə qələbə qazandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yubiley yarışında gözəl təəssüratlar yaşanıb

Vaxtaşırı daxili işlər orqanlarının əməkdaşları arasında müxtəlif tətbiqi idman növləri üzrə yarışlar keçirilir. Tək mənim yox, elə bütün belə yarışları izləyənlərin qənaəti belədir ki, bu tədbirlər beynəlxalq yarışlardan heç də geri qalmır. Çünki bu yarışlara qatılan idmançı əməkdaşlarımız arasında dünya və Avropa çempionları, beynəlxalq turnirlərin qalibləri qatılaraq güclərini sınayırlar. Başqa sözlə desək, idmançılarımızın nailiyyətləri, qazandıqları qələbələr artdıqca, texniki və fiziki ustalıqları artır ki, bu da daxili yarışların səviyyəsinin artmasına öz müsbət təsirini göstərir. Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş cüdo üzrə DİN birinciliyi keçirildi. Bu yarışda da təmsil olunan əməkdaşların əksəriyyəti beynəlxalq yarışların qalibləri, mükafatçıları idi. Kişilərin yarışında peşəkarlığın olmasına belə deyək öyrəncəliyik.

Amma diqqətimizi bu yarışda qızlarımızın hazırlığı, döyüşkənliyi, fiziki, texniki ustalığı  çəkdi.

Onlardan biri Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova idi. O dəfələrlə ölkə birinciliyinin qalibi olub, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib. İllərin təcrübəsi onun hazırlığını daha da artırıb. Bu yarışda da o baş mükafata sahib oldu. Sözarası öyrəndim ki, Çexiyada keçirilən dünya çempionatına hazırlaşır.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh