DİN avtomobillərdən oğurluq edənlərin görüntüsünü yaydı – VİDEO

Avtosfer TV 12 İyun 2018 17:32 Oxunub 3077
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə müraciət; avtomobilinizi qarət edə bilərlər

Daxili İşlər Nazirliyi sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Avtosfer.az xəbər verir ki, müraciətdə nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırılır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər. Belə halların qarşısının alınması üçün sürücülərə  tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh